Bakıda bu marşrut üzrə avtobuslar YENİLƏNƏCƏK

Bakıda bu marşrut üzrə avtobuslar YENİLƏNƏCƏK

Cəmiyyət 05.12.2025 20:50 38

Bakının Yeni Suraxanı və Şüvəlan qəsəbələrini əlaqələndirən 146 nömrəli marşrut üzrə mövcud avtobusların yenilənməsi həyata keçiriləcək.

AZ24.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, dekabrın 7-dən sərnişinlərin xidmətinə müasir “Karsan” markalı avtobuslar veriləcək.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,55 manat təşkil edəcək.

Reklam