Əsgərlərə verilən məzuniyyətin müddəti artırıla bilər
Azərbaycan Ordusunda müddətli xidmət keçən əsgərlərin məzuniyyət günlərinin artırılması məsələsi son günlər ictimai müzakirələrə səbəb olub. Bəs gələcəkdə əsgərlərə verilən məzuniyyətin 20 günə artırılması mümkündürmü?
AZ24.az xəbər veir ki, bu barədə konkret.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, hazırda xidmət müddətinin 1 il və ya 1 il yarım olmasının fərqinə varmadan müddətli hərbi qulluqçulara yalnız bir dəfə olmaqla 10 gün məzuniyyət verilir.
Ekspertin sözlərinə görə, bununla yanaşı xüsusi hallarda – ailə vəziyyəti və ya mükafatlandırma səbəbi ilə əlavə məzuniyyətlər də tətbiq olunur:
• Ailə vəziyyəti ilə bağlı məzuniyyət komandirin qərarı ilə müəyyən edilir və ailədə yaranmış real vəziyyətin ağırlığından asılı olur.
• Mükafatlandırma məqsədilə hərbi hissə komandiri əsgərə əlavə 5 gün məzuniyyət verə bilər.

Ədalət Verdiyev hesab edir ki, məzuniyyət sisteminin təkmilləşdirilməsi mümkündür və daha ədalətli sxem tətbiq oluna bilər. Onun fikrincə:
• 1 il xidmət edənlər üçün – 10 gün,
• 1 il yarım xidmət edənlər üçün – ikinci xidmət ilinə görə əlavə 5 gün məzuniyyət verilməsi daha məqsədəuyğun olardı.
Ekspert gələcəkdə məzuniyyət günlərinin artırılmasının real və müzakirəyə açıq bir istiqamət olduğunu da istisna etmir.
Reklam
Oxşar xəbərlər
Azərbaycanda ali məktəblərdə maliyyə yoxlamaları aparılacaq
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı