Kombi niyə partlayır? — Bunları mütləq edin
Kombi partlayışları adətən qaz sızması, cihazın içində təzyiqin normadan artıq yüksəlməsi və ya təhlükəsizlik klapanlarının işləməməsi ilə əlaqələndirilir. Mütəxəssislər bildirir ki, kombilərin mütəmadi texniki baxışdan keçirilməməsi, ventilyasiya sisteminin düzgün işləməməsi və qurğunun uzun müddət yüklənməsi riskləri daha da artırır.
Bundan başqa, bəzi vətəndaşların “pit-minutka” kimi qısa müddətlik suqızdırıcı cihazları kombi kimi fasiləsiz işlətməsi də təhlükəni yüksəldir. Bu avadanlıqlar davamlı isitmə üçün nəzərdə tutulmadığından həddindən artıq qızma baş verə və nəticədə yanğın və ya partlayış riski yarana bilər.
Mütəxəssislər qaz cihazlarından yalnız təyinatına uyğun istifadə edilməsini və ən azı ildə bir dəfə peşəkar servis yoxlanışı aparılmasını tövsiyə edir.
Altay
Reklam
Oxşar xəbərlər
Azərbaycanda ali məktəblərdə maliyyə yoxlamaları aparılacaq
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı