Azərbaycanda daha bir dəhşətli yanğın: Şəhid anası həlak oldu, bacı-qardaşı yaralandı – YENİLƏNDİ

Azərbaycanda daha bir dəhşətli yanğın: Şəhid anası həlak oldu, bacı-qardaşı yaralandı – YENİLƏNDİ

Hadisə 05.12.2025 12:14 88

Yevlax şəhərində ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

AZ24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yanğın zamanı 2 nəfər yanıq xəsarətləri alıb və yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

Yevlaxda ölümlə nəticələnən yanğın olub.

AZ24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində yerləşən binaların birində baş verib.

Yanğın nəticəsində 1945-ci il təvəllüdlü şəhər sakini Nərgiz Mikayılova yanaraq ölüb.

Hadisə zamanı evdə olan 1965-ci il təvəllüdlü Yasəmən Vahabova və 1967-ci il təvəllüdlü Kamran Mehdiyev isə ağır yanıq xəsarətləri alıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirildi ki, 05.12.2025-ci il tarixində saat 01:20 radələrində 2 nəfər (1 kişi, 1 qadın) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Onlardan birinin 1965-ci təvəllüdlü şəxsin (qadın) vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

Bədənin II-III dərəcəli termiki yanığı diaqnozu təyin edilən 1967-ci il təvəllüdlü digər şəxs isə (kişi) daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.

Reklam