Kəlbəcər və Laçında YANĞIN: 2 helikopter cəlb olundu – VİDEO

Kəlbəcər və Laçında YANĞIN: 2 helikopter cəlb olundu – VİDEO

Hadisə 04.12.2025 18:44 17

Fövqəladə Hallar Nazirliyi Kəlbəcər və Laçın rayonunlarının mürəkkəb relyefli dağlıq ərazilərində baş vermiş yanğınla bağlı məlumat yayıb.

Az24.az xəbər verir ki, relyefin mürəkkəbliyi və mütəmadi əsən külək yanğınsöndürmə işlərini çətinləşdirsə də, yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq həyata keçirilir.

Yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri də cəlb olunub.

Həmçinin, yanğınlarla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, Mülki müdafiə qoşunları və Qarabağ Regional Mərkəzinin qüvvələri iştirak edir.

Reklam