Zaurun verilişində ekspertlər qırğına çıxdı: Oturun, kişi yerinizdə – VİDEO

Zaurun verilişində ekspertlər qırğına çıxdı: Oturun, kişi yerinizdə – VİDEO

Cəmiyyət 04.12.2025 17:41 96

ATV-də yayımlanan “Bizimləsən” verilişinin son buraxılışında ekspertlər arasında gərgin anlar baş verib.

Az24.az xəbər verir ki, proqramın eksperti, opera ifaçısı Taleh Yahyayev digər ekspertlər, bloqer Sevinc və xanım vəkillə mübahisəyə çıxıb.

Tərəflər bir-birini sözünü kəsməkdə və müzakirəyə mane olmaqda ittiham ediblər.

Studiyadakı vəziyyət getdikcə daha da gərginləşdiyindən aparıcı Zaur Baxşəliyev məsələyə müdaxilə etməli olub. O, canlı efirdə ekspertlərin mikrofonlarının səsini bağlatdırıb.

Hadisə sosial şəbəkələrdə də müzakirə doğurub və izləyicilər proqramdakı gərginliyə müxtəlif reaksiyalar veriblər.

(Milli.az)

Reklam