Gültəkin Hacıbəyli Azərbaycana bu səbəbdən deportasiya edilmir
Son günlər Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana deportasiya olunub-olunmayacağı ilə bağlı müzakirələr aktuallaşıb. Prosesin uzanması müxtəlif suallar doğurur. Maraqlıdır, Gültəkin Hacıbəyli niyə hələ də Azərbaycana deport olunmur?
Az24.az mövzu ilə bağlı siyasi şərhçi Cavanşir Abbaslı konkret.az-a açıqlama verib.
C.Abbaslı bildirib ki, Gültəkin Hacıbəyli Ramiz Mehdiyev işi üzrə istintaqa cəlb edilən şəxslər sırasındadır və artıq onunla bağlı prosedurlar da başlanıb:
“Görünən odur ki, onun Azərbaycana gətirilməsi prosesi reallaşacaq. Türkiyə qanunlarına əsasən, Hacıbəyli kimi şəxslərin deportasiya qərarına etiraz etmək hüquqları var. Bu proses 15 gün davam edir və həmin şəxs deportasiyanın qanunsuz olduğunu əsaslandırmalıdır. Əsaslandırma olmadığı halda deportasiya həyata keçirilir”.

Siyasi şərhçinin sözlərinə görə, Gültəkin Hacıbəyli bu hüququndan istifadə edib və son paylaşımında Avropa Məhkəməsinə müraciət olunduğunu bəyan edib:
“Düşünürəm ki, o, bu 15 günlük müddətdə maksimum çalışacaq ki, Azərbaycana deportasiya olunmasın, bunun qanunsuz olduğunu sübut etsin. Amma buna nail olması inandırıcı görünmür”.
Abbaslı əlavə edib ki, prosesin Ramiz Mehdiyev və Əli Kərimli kimi şəxslərlə bağlı istintaq işi fonunda aparıldığı nəzərə alınarsa, Gültəkin Hacıbəylinin deportasiyasının reallaşacağı daha ehtimallıdır:
“Onun Azərbaycana gətirilməsi baş tutacaq və o, bu iş üzrə məsuliyyətə cəlb olunacaq”.
Reklam
Oxşar xəbərlər
Rafael Məmmədova yüksək vəzifə verildi – FOTO
İsrailin xarici işlər naziri Azərbaycana gələcək
Tramp Azərbaycan kanalının videosunu paylaşdı – FOTO
Prezident bu qanunu imzaladı
Prezident Anar İsgəndərovla bağlı sərəncam imzaladı
Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verir
İşdən çıxarılan icra başçısını bu xanım əvəz edir – FOTO
İcra Hakimiyyətində bu şöbə ləğv edildi, sektor yaradıldı