Həddən artıq qəbulu TƏHLÜKƏLİDİR

Həddən artıq qəbulu TƏHLÜKƏLİDİR

Dünya, Sağlamlıq 04.12.2025 23:38 35

Mütəxəssislər xəbərdarlıq edir ki, simitdən şirniyyata qədər bir çox qidada istifadə olunan küncütün həddindən artıq qəbulu sağlamlıq üçün risklidir.

Az24.az xəbər verir ki, son illərdə küncüt allergiyasının artması səbəbindən ABŞ-da 2023-cü ildən etibarən bütün qablaşdırılmış məhsullarda məcburi şəkildə allergiyaya səbəb olan maddə kimi qeyd olunur. Uşaqlarda allergiya hallarının çoxalması xüsusilə diqqət çəkir.

Küncüt və küncüt yazğı yüksək enerji verdiyi üçün nəzarətsiz istehlak çəki artımı, qan şəkəri dalğalanması və trigliserid yüksəlməsinə səbəb ola bilər. Oksalat tərkibli olduğundan böyrək daşı olan şəxslər üçün də risk yaradır.

Yağlı küncütlü məhsullar bəzi insanlarda mədə yanması, hazımsızlıq və reflü şikayətlərini artırır. Bundan əlavə, küncütün istifadə edildiyi hazır məhsullar çox vaxt yüksək duz, şəkər və keyfiyyətsiz yağ ehtiva edir.

Mütəxəssislər küncütün qidalanmadan çıxarmağa ehtiyac olmadığını, sadəcə porsiya nəzarəti ilə ölçülü istehlakın daha sağlam olduğunu bildirirlər.

Dəniz

Reklam