Azərbaycanda İLK DƏFƏ: Süni intellekt xəbər aparıcısı efirə çıxır
“NOCOMMENT.az” informasiya portalı yeni layihəsini təqdim etməyə hazırlaşır.
Az24.az xəbər verir ki, tezliklə süni intellekt xəbər aparıcısı Nuray Azərbaycanda və dünyada baş verən hadisələr əsasında hazırlanan və daima yenilənən xəbər buraxılışları ilə izləyicilərinin görüşünə gələcək.
Media resursundan verilən xəbərə görə, artıq layihə üzrə işlər başa çatıb və Nurayın təqdimatında ilk xəbər buraxılışı 05.12.2025 tarixində olacaq.
Qeyd edək ki, öz fəaliyyətini müasir media modelləri üzərində qurmağa, operativ, etibarlı və obyektiv xəbərlərlə izləyicilərinin rəğbətini qazanmağa çalışan “NOCOMMENT.az” qısa vaxtda öz məqsədinə nail olub.
Süni intellekt xəbər aparıcısı ilə bağlı tətbiqinə başlanan layihə də çoxsaylı izləyicilərin zövqünü oxşamaq, onların informasiyaya daha çox əlçatanlılığını təmin etmək məqsədi daşıyır.
Reklam
Oxşar xəbərlər
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq