Günay Bayramovaya yüksək vəzifə verildi
Dövlət Turizm Agentliyində yeni təyinat olub.
Az24.az “Yeni Sabah”a istinadla xəbər verir ki, bu barədə qurumun sədri Fuad Nağıyev əmr imzalayıb.
Əmrə əsasən, Günay Bayramova Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
O, indiyədək həmin şöbənin müdir müavini postunda çalışıb.
Qeyd edək ki, bu ilin mart ayında Dövlət Turizm Agentliyində böyük qalmaqal baş verib. Mətbuatda yayılan iddialara görə, qurumda Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən “Transparency International” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslər müəyyən edilib.
Bu qalmaqal fonunda agentliyin Aparat rəhbəri Kənan Qasımov və Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifəsindən azad olunub.
Prezident İlham Əliyevin martın 4-də imzaladığı sərəncamla, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib.
Reklam
Oxşar xəbərlər
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq