“Qarabağ”ın ulduzlarının avtomobillərini paylaşdı – VİDEO
Xəbər verdiyimiz kimi, türkiyəli məşhur idman aparıcısı və şərhçisi Ertem Şener Bakıda olduğu müddətdə paylaşımları ilə böyük maraq doğurur.
AZ24.az xəbər verir ki, teleaparıcı bu dəfəki paylaşımı ilə xüsusilə “Qarabağ” azarkeşlərinin diqqətini çəkib.
Ertem Şener sosial şəbəkə hesabında “Koxalski, Duran və Medina… Budur Qarabağ” sözlərini yazaraq ürək emojiləri əlavə edib. Onun paylaşımı qısa zamanda geniş izləyici kütləsi tərəfindən bəyənilib və çoxlu rəylər toplayıb.
Görüntülərdə diqqət çəkən digər məqam isə “Qarabağ” klubunun ulduz futbolçularına məxsus avtomobillərin parkinqdə xüsusi yerlərdə saxlanılması olub. Hər bir maşının park yerində futbolçunun adı qeyd edilib ki, bu da teleaparıcının marağını cəlb edib.
Ertem Şenerin ardıcıl olaraq “Qarabağ”la bağlı etdiyi müsbət paylaşımlar azarkeşlər tərəfindən yüksək qiymətləndirilir. (milli.az)
Reklam
Oxşar xəbərlər
Qara Qarayevə vəzifə verildi
Daha bir Fransa klubu “Qarabağ”ın oyunçusunu istəyir
Macarıstan millisinin futbolçusu “Qarabağ”da oynamaq istəyir
Kenan Yıldız “ayın ən dəyərli oyunçusu” seçildi
Neymar şəxsi nəqliyyat vasitələrinin kolleksiyasını paylaşdı – FOTO
“Yoldaşım evdə futbol oynamağımıza icazə vermir” – Messi