19 min dollar dəyərində olan “Faberje” yumurtası oğurlandı

19 min dollar dəyərində olan “Faberje” yumurtası oğurlandı

Dünya 04.12.2025 11:58 28

Yeni Zelandiyada qiymətli Faberje yumurtasının oğurlanması ilə bağlı 32 yaşlı şəxs saxlanılıb.

AZ24.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Məlumatda bildirilir ki, dəbdəbəli məmulatın üzərində 60 almaz və 15 safir olub. Yumurtanın bazar dəyəri təxminən 19 min dollar təşkil edir.

Hadisə ilə bağlı ən diqqətçəkən məqam isə şübhəlinin ifadəsi olub. O, yumurtanı oğurladıqdan sonra onu udduğunu iddia edib. Polis bu ehtimalı araşdırsa da, əşyanın yeri hələlik müəyyən edilməyib və yumurta itkin sayılır.

Faberje yumurtaları dünyada çox nadir hesab olunur və kolleksiyaçılar arasında yüksək dəyərə malikdir. Hadisə ilə bağlı istintaq davam edir.

Reklam