Kosmosda həyat izi? – Alimlərdən mühüm KƏŞF

Kosmosda həyat izi? – Alimlərdən mühüm KƏŞF

Dünya 04.12.2025 11:35 23

Alimlər Bennu asteroidindən gətirilmiş nümunələrdə ilk dəfə olaraq həyat üçün vacib olan şəkər molekullarını – riboz və qlükozanı aşkar ediblər. Bu barədə ABŞ-ın “OSIRIS-REx” kosmik missiyasının araşdırma qrupu açıqlama verib.

AZ24.az xəbər verir ki, aparılan analizlər göstərib ki, asteroidin tərkibindəki üzvi maddələr Yer üzündə həyatın yaranması üçün əsas sayılan kimyəvi birləşmələrlə eyni struktura malikdir. Elm adamları bu tapıntını “kosmosda həyatın ilkin tikinti materiallarının mövcud olmasının sübutu” kimi qiymətləndirirlər.

Mütəxəssislərin sözlərinə görə, riboz RNT molekulunun formalaşmasında, qlükoza isə canlıların enerji mübadiləsində əsas rol oynayır. Bu maddələrin Yerə məxsus olmayan səmavi cisimdə tapılması, həyatın təkcə Yerdə formalaşmadığı ehtimalını gücləndirir.

Kəşf, ekzobiologiya sahəsində yeni tədqiqat mərhələsinə yol açacağı və digər asteroidlərdə də bənzər maddələrin olub-olmadığının araşdırılmasına səbəb olacağı gözlənilir.

Reklam