Ağdərədə mina partladı: xəsarət alan var
Ağdərə rayonunun Şıxarx kəndi ərazisində 3 dekabr tarixində mina hadisəsi baş verib.
Az24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında deyilir.
1970-cı il təvəllüdlü kənd sakini Pənahəliyev Nazim Kamran oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.
Xəsarət alan şəxs rayon xəstəxanasına təxliyə edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!
Reklam
Oxşar xəbərlər
Bakıda restoranda yanğın baş verib – VİDEO
Tovuzda zəncirvari qəza – Xəsarət alan var
İki oğlu şəhid olan ana vəfat etdi
Bakıda DƏHŞƏT: Sürücü diri-diri yandı
Bakıda yeniyetmə qızın müəmmalı ölümü: “Telefonda qorxulu videolara baxırmış” – VİDEO
Namaz qıldığı üçün arvadını döyüb, dişlərini qırdı
Metroda infarkt keçirib, öldü