“Mavi balina” oyunu ilə bağlı valideynlərə CİDDİ XƏBƏRDARLIQ
Ötən günlərdə 2012-ci il təvəllüdlü Kəmalə Məmmədzadənin meyiti yaşadığı evdə yaxınları tərəfindən aşkar edilib. Hadisə ilə bağlı mərhumun atası bildirib ki, yeniyetmə gecə hamı yatandan sonra telefonda “Mavi Balina” oyununu oynayıb və qorxulu videolara baxıb.
Maraqlıdır ki, bu cür oyunlarda və videolarda nə üçün yaş məhdudiyyəti qoyulmur? Əgər məhdudiyyət olsa belə, uşaqların bu cür təhlükəli kontentə necə çıxış əldə etməsi sual doğurur.
Az24.az xəbər verir ki, məsələ ilə bağlı Elektron Təhlükəsizlik Xidmətindən News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Mavi balina” adlı oyun hər hansı tətbiq və ya internet informasiya ehtiyatı şəklində mövcud deyil:
“Bu yazışma yolu ilə yeniyetmələri əmrləri icra etməyə təhrik edən və ya maraq yaradan link formasında yayılan kontentdir. Belə ki, sosial şəbəkələrdə müəyyən “hashtag” və qruplar yaradılmaqla oyun idarəçi (admin) tərəfindən yönləndirilir. Artıq bir çox sosial şəbəkələr oyunla bağlı filtr tətbiq edir, müxtəlif dillərdə “mavi balina” adı altında yaradılan “hashtag”ları bloklayır. Elektron Təhlükəsizlik Xidməti də monitorinqlər zamanı sosial şəbəkələrdə “Mavi Balina” kimi zərərli fəaliyyətlə bağlı hər hansı çağırış, link və ya qeyri-qanuni kontent aşkarladıqda bu məlumatlar aidiyyəti platformalara təqdim olunur, onların bloklanması və ya silinməsi təmin edilir”.
“Elektron Təhlükəsizlik Mərkəzi (ETX) olaraq valideynlərə yetkinlik yaşına çatmayan uşaqlarının internetdən, xüsusilə sosial şəbəkələrdən istifadəsinə nəzarət etməsini tövsiyə edirik. Eyni zamanda, bildiririk ki, uşaqların internetə valideynlərin də istifadə etdiyi kompüter üzərindən daxil olması məqsədəuyğundur. Bundan başqa, uşaqların istifadə etdiyi bütün elektron cihazlarda valideyn nəzarət sistemi üzrə alətlərin quraşdırılması vacibdir”, – deyə qurumdan bildirilib.
Reklam
Oxşar xəbərlər
Afaq Bəşirqızı əməliyyat olundu – FOTO
Tanınmış vəkil qəfil vəfat etdi – FOTO
Sabah Bakıda bu ərazidə qaz kəsiləcək
Bəzi hərbi qulluqçulara dair boy ölçüsü tələbi dəyişdi
Bu küçədə minib-düşmə yeri yaradıldı
Bu şəxslərin məzuniyyət günlərinə əlavələr olunacaq
Bakıda mənzillərin qiyməti sürətlə bahalaşır – Bu ərazilərdə