82 yaşlı aktrisa 20 illik sirrini açıqladı

82 yaşlı aktrisa 20 illik sirrini açıqladı

Şou 03.12.2025 16:57 7

“Aşk-ı Memnu” serialındakı “Firdevs Yöreoğlu” obrazı ilə yaddaşlara həkk olunan Nebahat Çehre yalnız aktyorluğu ilə deyil, təbii gözəlliyi və yaşına meydan oxuyan görünüşü ilə də daim gündəmdə qalmağı bacarır.

Az24.az xəbər verir ki, məşhur aktrisa bu dəfə də moda ilə bağlı açıqlaması ilə diqqət çəkib.

Bir tədbirdə görüntülənən Nebahat Çehre jurnalistlərə verdiyi açıqlamada olduqca səmimi bir etiraf edib.

Tərzi ilə göz oxşayan sənətçi deyib ki, 20 ildir eyni şalvarı geyinir.

O, bu sözləri ilə həm gülüş yaradıb, həm də sadə və zamansız tərzini vurğulayıb.

Bir neçə gün əvvəl qatıldığı tədbirdə makiyajsız halı ilə diqqət çəkən 82 yaşlı aktrisa gözəlliyinin sirrini belə izah edib: “Məncə gözəlliyin sirri təbilikdir.”

Dəniz

Reklam