Bu şəxslərin işdən çıxarılması qadağan olunur

Bu şəxslərin işdən çıxarılması qadağan olunur

Cəmiyyət 03.12.2025 16:04 5779

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda bəzi dəyişikliklər təklif olunur.

Az24.az xəbər verir ki, bununla bağlı təklif layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub.

Layihəyə əsasən əlilliyi olan şəxslərin əmək hüququnun həyata keçirilməsi ilə bağlı qaydalar müəyyənləşir.

Beləliklə, müəssisənin ləğv edilməsi və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsinə edilməsinə yol verilmir.

Reklam