Bu şəxslərin məzuniyyət günlərinə əlavələr olunacaq

Bu şəxslərin məzuniyyət günlərinə əlavələr olunacaq

Cəmiyyət 03.12.2025 18:41 85

Bəzi şəxslərin məzuniyyət günlərinə əlavələr olunacaq.

Az24.az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında bir sıra qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü məzuniyyət günləri hesab edilmir və ödənilmir, lakin məzuniyyətin müddəti bu günlərin sayı qədər uzadılır. Bu halda, Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf etdikdə üst-üstə düşən günlər bir gün hesabı ilə nəzərə alınacaq.

Mövcud qanunvericiliyə görə, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.

Reklam