Azərbaycanda qəbir daşlarında yenilik: QR kod və 3D portretlər
Azərbaycanda qəbir daşları fərqli formada hazırlanmağa başlanılıb. Artıq bir çox qəbir daşında QR koda rast gəlmək mümkündür.
Az24.az milli.az-a istinadla xəbər verir ki, bu kodu oxudaraq foto, video və ölən şəxs barədə səsli məlumat ala bilərsiniz. Bundan başqa 3D ölçülü baş daşı da hazırlanır. Lazer texnologiyası və 3D modelləmə ilə portretlər daha canlı görünür.
Yeniliyi ilk dəfə tətbiq edən şəxs bildirir ki, bu, həm ənənəni qoruyur, həm də mərhumla bağlı xatirələri daha yaxşı təqdim etməyə imkan verir:
“Bunun standart qiyməti var. 3 gün ərzində hazır olur, qiyməti 125 manatdır. Bu kodların növləri də var. Hansı ki daşdan asılıdır. Əsas məqam isə bunun dini dəyərlərə zidd olmamasıdır. İsrafçılıq və nümayiş xarakteri daşıdıqda o zaman qəbuledilməzdir”.
İlahiyyatçılar isə bununla razılaşmır:
“Mərmərdən olan qəbir daşı necə israfçılıqdırsa, bu da elə həmçinin. Bəlkə də bu mərhumun yaxınları üçün təsəlli olacaq, amma ölən şəxs üçün heç bir dəyəri olmayan addımdır”.

Reklam
Oxşar xəbərlər
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq