“Azərbaycan” qəzetinin Ulu Öndərlə bağlı bu saxtakarlığı ŞOK ETDİ – FOTO
“Bu gün “Azərbaycan” qəzetinin 10000-ci sayı çap olunub. Həmkarlarımızı təbrik edirik, ancaq təəssüf ki, “Azərbaycan” qəzetinin dərc etdiyi foto gerçək deyil”.
Az24.az Konkret.az-a istinadən xəbər verir ki, bu fikiri tanınmış jurnalist, filologiya elmləri namizədi Alqış Musayev səsləndirib.

O bildirib ki, Ulu Öndər Heydər Əliyevin “Yeni Azərbaycan” qəzetini oxuyarkən çəkilən fotosu dəyişdirilib:
“Bu barədə dəfələrlə deyilib, yazılıb. Amma bu saxtakarlıq dönə-dönə tirajlanır. Fotoda da hər şey aydın görünür. Azərbaycan dövlətinin saxtakarlara və vətən xainlərinə müharibə elan etdiyi bir vaxtda belə saxtakarlıq etmək nəyə xidmət göstərir? Hər foto bir faktdır. Fotonu dəyişmək faktı dəyişdirmək deməkdir. Faktı təhrif etmək, dəyişmək isə hüquqi məsuliyyət məsələsidir. Belə işlərlə yalnız dələduzlar məşğul ola bilər”,- deyə Alqış Musayev vurğulayıb.

Reklam
Oxşar xəbərlər
Gültəkin Hacıbəyli İstanbuldan daha bir açıqlama yaydı
Azərbaycanlı aparıcı ermənini efirdə susdurdu – VİDEO
Prezident fərman imzaladı
Prezident bu qanunu imzaladı
Amerikalı general Azərbaycanda – FOTO
İlham Əliyev Laos Prezidentini təbrik etdi