ABŞ 19 ölkədən miqrant müraciətlərini dayandırdı
ABŞ-da miqrantlara qarşı siyasət çərçivəsində yeni addım atılıb.
Az24.az xəbər verir ki, Tramp administrasiyası bu ilin əvvəlində tətbiq olunan səyahət qadağası və vizə məhdudiyyətləri çərçivəsində, Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan, Yəmən, Burundi, Kuba, Laos, Syerra Leone, Toqo, Türkmənistan və Venesueladan gələn vətəndaşların daimi yaşayış icazəsi (green card) və vətəndaşlıq müraciətləri də daxil olmaqla bütün miqrant müraciətləri dayandırılıb.
Bu müddət ərzində bütün formalar, hər hansı təsdiq və ya rədd qərarları, eləcə də andiçmə mərasimləri də dayandırılıracaq.
İyun ayında imzalanan qərarnaməyə əsasən, Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya,Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarının ABŞ-a girişi tam qadağan edilmişdi. Digər ölkələrdən gələn vətəndaşlar isə viza üçün müraciət etməli və ciddi təhlükəsizlik yoxlamalarından keçməli idilər.
Dəniz
Reklam
Oxşar xəbərlər
İranda qrip təhlükəsi – İlk ölüm qeydə alınıb
Türkiyə ilk dəfə NATO ölkəsinə hərbi gəmi satdı
İnternet kəsilə, işıqlar sönə bilər – NASA xəbərdarlıq etdi
Avropa qazı daha baha qiymətə almaq məcburiyyətində qalacaq – Peskov
Türkiyə Ermənistanla sərhədi açmağa hazırlaşır
Avropa Rusiya qazından tam imtina edir – BU TARİXDƏN