MİDA-nın mənzilləri 1 dəqiqəyə satıldı

MİDA-nın mənzilləri 1 dəqiqəyə satıldı

Cəmiyyət 03.12.2025 11:53 26

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəti güzəştli mənzil satışını həyata keçirib.

Az24.az xəbər verir ki, mənzillərin satış prosesi 1 dəqiqə çəkib.

Prosesdə ümumilikdə 627 mənzilin satışı nəzərdə tutulub.

Satışa çıxarılan güzəştli mənzillər Bakı şəhəri Hövsan qəsəbəsində, Binəqədidə, Şirvan, Lənkəran və Sumqayıt şəhərlərində, Yevlax rayonunda yerləşir.

Bəzi istifadəçilər sistemdə müəyyən problemlərlə üzləşdiklərini də bildirirlər.

Texnobloqer Fərid Pərdəşünas satışların 1 dəqiqəyə başa çatdığını yazıb. Onun sözlərinə görə, bir çox istifadəçilər satış zamanı texniki problemlərin yarandığını bildiriblər.

Reklam