Bu, Laləyə ərkyana ultimatum idi – Elton

Bu, Laləyə ərkyana ultimatum idi – Elton

Şou 03.12.2025 11:03 10

Elton Hüseynəliyev həmkarı Lalə Məmmədova haqda səsləndirdiyi fikirlərə aydınlıq gətirib.

Az24.az xəbər verir ki, Əməkdar artist həmkarının mahnılarını sevdiyini bildirib və ona ərkyana “ultimatum” göndərib:

“Mən Lalə xanıma qulaq asmağı xoşlayıram. Radioda onun mahnısı səslənəndə çevirmirəm. Lalənin ifasında Vüqar Camalzadənin yazdığı “Səs” mahnısı ürəyimə yağ kimi yayılır. “Məktəb illəri”ni də gözəl oxuyub. Sadəcə olaraq çox mahnı oxuyur.

Xalq artisti Flora Kərimovanın 500 mahnısının 100-ü yağ-baldır, 400-nün isə “dəxilsizdir”, hamıdan oxuyub. Şövkət Ələkbərova isə 100 mahnı oxuyubsa, hamısı baldır. Çox mahnı oxumaq da bir şey deyil. Natavan Həbibi özüdür, Lalə Məmmədova isə Brilliant Dadaşovadır. Sənətə başlayanda yamsılamaqla başlayıb. Mən də xalq artistləri Eyyub Yaqubovu, Hacıbaba Hüseynovu yamsılamışam. Bu, normal haldır, indi özümü tapmışamsa, deməli, buna can atmışam.

2004-cü ildə radioda Ayaz Qasımov, Nurlan Növrəsli, Elton oxuyurdu, hamı bir-birinə bənzəyirdi, seçmək olmurdu. Fikrimi konkretləşdirim ki, bu, həm də Laləyə ərkyana ultimatum idi ki, səndə potensial var. Bu gün Lalə Məmmədova özüdür. Sənətə yamsılamaqla gəlmək ayıb deyil. Amma seçim etsək, Natavanı seçərəm”.

Qeyd edək ki, ifaçı bu barədə “Öz aramızda” verilişində danışıb.

Reklam