Bakıda DƏHŞƏT: Sürücü diri-diri yandı

Bakıda DƏHŞƏT: Sürücü diri-diri yandı

Hadisə 03.12.2025 09:33 18

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisinidə, Binə-Sədərək yolunda avtomobilin yanması barədə məlumat daxil olub.

Bu barədə Az24.az-a FHN-dən məlumatverilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğın yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində “Dongfeng Aeolus E70” markalı minik avtomobilinin yanar hissələri yanıb. Avtomobildə sürücünün yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Reklam