Şəkərin beyin və davranışa təsiri – Gizli TƏHLÜKƏ

Şəkərin beyin və davranışa təsiri – Gizli TƏHLÜKƏ

Sağlamlıq 02.12.2025 19:54 8

Gündəlik həyatımızda tez-tez istifadə etdiyimiz şəkər təkcə fiziki sağlamlığımıza deyil, beynimizə və davranışlarımıza da birbaşa təsir edir. Son illər aparılan araşdırmalar göstərir ki, həddindən artıq şəkər qəbulu yaddaş zəifləməsinə, diqqət dağınıqlığına və emosional dəyişikliklərə səbəb ola bilər.

Şəkər beyində “xoşbəxtlik hormonu” kimi tanınan dopaminin ifrazını artırır. Bu isə müvəqqəti enerji və yaxşı əhval-ruhiyyə yaratsa da, zamanla asılılıq formalaşdırır. İnsan daha çox şəkər qəbul etmək istəyir və onsuz özünü əsəbi, yorğun və aqressiv hiss edə bilər.

Mütəxəssislər xəbərdarlıq edir ki, uşaqlarda və yeniyetmələrdə şəkərin çox istifadəsi hiperaktivlik, öyrənmə çətinliyi və davranış pozuntularına səbəb ola bilər. Böyüklərdə isə stressin artması, depressiyaya meyillilik və yuxu problemləri müşahidə olunur.

Sağlam düşüncə və balanslı davranış üçün gündəlik şəkər istifadəsini minimuma endirmək, daha çox təbii qidalara üstünlük vermək tövsiyə olunur.

Aslan

Reklam