Cenevre sənədi yeniləndi – Zelenskidən AÇIQLAMA

Cenevre sənədi yeniləndi – Zelenskidən AÇIQLAMA

Dünya 02.12.2025 19:14 23

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsini sona çatdıracaq sülh planı üzərində ABŞ-la birlikdə çalışdıqlarını açıqlayıb.

Az24.az xəbər verir ki, o, Telegram üzərindən paylaşım edərək planın Cenevre Sənədinə əsaslandığını və daha da inkişaf etdirildiyini vurğulayıb.

Zelenski Rusiya-Ukrayna müharibəsini bitirməyə yönəlmiş ABŞ tərəfindən hazırlanan sülh planına dair danışıqların ABŞ-da keçirildiyini xatırladıb. O, ABŞ-dakı görüşlərə qatılan və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstem Umerovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdiyini və onlardan geniş məlumat aldığını deyib. Dövlət başçısı, telefonda müzakirə olunması mümkün olmayan məsələləri üzbəüz danışdıqlarını qeyd edib.

Zelenskinin sözlərinə görə, Umerov ABŞ rəsmiləri ilə sülh planı istiqamətində iş aparıb və bu danışıqlarda Ukrayna üçün əsas əhəmiyyət daşıyan məsələlər barədə Amerika tərəfini məlumatlandırıb.

Prezident bildirib ki, o, son iki gündə Avropada keçirdiyi görüşlər haqqında da heyəti məlumatlandırıb və Rusiyanın, ABŞ tərəfi ilə keçirəcəyi görüşlərə hazırlıq çərçivəsində yeni dezinformasiya kampaniyaları başladığını vurğulayıb.

“Danışıqlar Cenevre Sənədinə əsaslanırdı və bu sənəd sonradan daha da inkişaf etdirildi”, Prezident qeyd edib.

Zelenski ABŞ tərəfi ilə sıx əməkdaşlıq şəraitində işlərin davam etdirilməsi üçün nümayəndə heyətinə göstəriş verdiyini və cəbhədəki vəziyyət barədə müttəfiqləri məlumatlandırmaqda davam edəcəklərini bildirib.

Dəniz

Reklam