Azərbaycanda silah zavodunda QƏZA – Ölən var

Azərbaycanda silah zavodunda QƏZA – Ölən var

Hadisə 14.11.2025 15:27 6

Bu gün günorta saatlarında “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin strukturuna daxil olan “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş vermişdir.

Az24.az  xəbər verir ki, bu barədə APA-ya Müdafiə Sənayesi Nazirliyindən bildirilib.

Qeyd edilib ki, qəza nəticəsində müəssisənin əməkdaşı İsmayılov Adil Balaş oğlu həlak olub.

Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.

Reklam