Pensiyaçılar üçün 245 manat, uşaqlara 260 manat oldu – Parlament qəbul etdi
Milli Məclis 2026-ci ilin dövlət büdcəsi zərfinə daxil olan “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrini ikinci oxunuşda qəbul edib.
Az24.az report-a istinadla xəbər verir ki, parlamentin bugünkü plenar iclasında müzakirə zamanı bildirilib ki, 2026-cı ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur.
Bu, 2025-ci illə müqayisədə 15 manat və yaxud 5,3 % çoxdur.
Sənədə əsasən, yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat müəyyən edilir.
Müzakirələrdən sonra hər iki sənəd səsverməyə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Reklam
Oxşar xəbərlər
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
12.01.2026
23:42
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
12.01.2026
22:32
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
12.01.2026
19:00
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
12.01.2026
18:37
Baş nazir qərar imzaladı
12.01.2026
18:14
Sabah bu ərazilərdə qaz olmayacaq
12.01.2026
17:32
Samur-Abşeron kanalının bərpası BU TARİXDƏ yekunlaşacaq
12.01.2026
16:39