Bu ərazilərə qar yağır – FAKTİKİ HAVA

Bu ərazilərə qar yağır – FAKTİKİ HAVA

Cəmiyyət 02.12.2025 16:41 353

Azərbaycanın bəzi yerlərində dekabrın 2-si saat 16:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti davam edir.

Az24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat yayıb.

Belə ki, Şahbuz, Göygöl, Şəmkir, Gəncə, Qax, Quba, Qusar, Şabranda arabir yağış yağır. Kəlbəcər, Laçın, Daşkəsən, Şahdağ və Gədəbəyin yüksək dağlıq ərazilərində qar yağması müşahidə olunur.

Naxçıvan, Şərur, Culfa, Sədərək, Quba, Qusar, Yevlax, Sabirabad, Hacıqabulda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşır.

Reklam