Ərinin balta ilə öldürdüyü qadın vəzifəli şəxs imiş – FOTO
Bakıda ərinin baltalayaraq öldürdüyü Nəriminə Bədəlova vəzifəli şəxs imiş.
Az24.az bildirir ki, “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, o, bir sıra qurumlarda işləyib.
N.Bədəlova bir müddət Şuşa Şəhər İcra Hakimiyyətinin baş mühasibi vəzifəsində çalışıb. Daha sonra Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyində də eyni vəzifəni tutub. İcma ləğv edildikdən sonra “Qarabağa Dönüş” İctimai Birliyinin baş mühasibi kimi fəaliyyət göstərib.

N.Bədəlova əslən Şuşalıdır. Tanıyanlar onu çox mədəni, işgüzar, işində məsuliyyətli və mehriban insan kimi xarakterizə edirlər: “O qadın belə bir ölümə layiq deyildi. Özümüzə gələ bilmirik”.
N.Bədəlovanın həyat yoldaşı Yaşar Bədəlov uzun illər Rusiyada işləyib, bir neçə il əvvəl Azərbaycana qayıdıb. Burada şirkətlərdən birində mühafizəçi işləyirmiş.
Hadisənin motivinə gəlincə, iddialara görə, Yaşar Bədəlov yaşadıqları mənzili qardaşına bağışlamaq istəyirmiş. Nərminə Bədəlova isə bununla razı deyilmiş. Bir müddət əvvəl boşanan cütlüyün arasında sonuncu mübahisə də bunun üstündə olub.
Qeyd edək ki, hadisə noyabrın 10-da paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib. 1956-ci il təvəllüdlü Yaşar Bədəlov yaşadığı mənzildə ailə münaqişəsi zəminində həyat yoldaşı, 1965-ci ildə anadan olmuş Nərminə Bədəlovanı balta ilə qətlə yetirib. O, daha sonra özünü asaraq intihar edib.
Reklam
Oxşar xəbərlər
Ağdərədə 38 yaşlı kişi minaya düşdü – Ayağı amputasiya olundu
Bakıda şadlıq evi yandı, toy yarımçıq qaldı – VİDEO
Sabiq deputat vəfat etdi – FOTO
Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? – RƏSMİ
Masazırda binada yanğın: İnsanlar təxliyə edildi – VİDEO
Tanınmış alim vəfat etdi – FOTO
Tərdərdə 53 yaşlı kişi faciəli şəkildə öldü, anası…
Gəncədə yeniyetmə məktəbin qarşısında bıçaqlandı