Bu obyekt sahiblərinə ŞAD XƏBƏR – Bunu edənlər daha az vergi ödəyəcək
“2026-cı ilin yanvarın 1-dən əlavə dəyər vergisi (ƏDV) qeydiyyatında olan, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV hesablanarkən, onların Post-terminal vasitəsilə nağdsız qaydada ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizinin 3 il müddətinə ƏDV tutulan ümumi dövriyyədən çıxılması nəzərdə tutulur”.
Az24.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilib ki, bundan başqa 8 faiz dərəcə ilə sadələşmiş verginin ödəyicisi olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən Post-terminal vasitəsilə nağdsız dövriyyə üzrə sadələşdirilmiş verginin dərəcəsinin 8 faizdən 6 faizə endirilməsi təklif edilir.
“Məsələn, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin ay ərzində göstərdiyi xidmətlərin dəyəri 50 min manat məbləğində olub və bu məbləğin 10 min manatı nağd şəkildə, 40 min manatı isə Post-terminal vasitəsilə nağdsız qaydada ödənilib. Digər şəxslərə ödədiyi və əvəzləşdirdiyi ƏDV-nin məbləği isə 3 min manat olub. Bu halda şəxsin büdcəyə ödəməli olduğu ƏDV-nin məbləği 6 min manat hesablanacaqdısa, yeni dəyişiklikdən sonra bu məbləğ 2400 manat təşkil edəcək. Göründüyü kimi, dəyişiklik sahibkarlar üçün nağdsız ödənişlərin payı artdıqca vergi yükünün azalmasına, daha çox qazanc əldə etməsinə imkan yaradacaq”, – Dövlət Xidmətindən qeyd olunub.
Qeyd edək ki, 2024-cü il yanvarın 1-dən tibb müəssisələrinin və özəl tibbi praktikayla məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada Post-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi 3 il müddətinə onların ƏDV tutulan ümumi dövriyyəsindən çıxılır. Hazırki proses isə bunun davamı olaraq səciyyələndirilir.
Reklam
Oxşar xəbərlər
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq