Mən toxunulmazam, tamaşaçı geyimimə irad bilirə bilməz – Mətanət

Mən toxunulmazam, tamaşaçı geyimimə irad bilirə bilməz – Mətanət

Şou 02.12.2025 12:25 7

Müğənni Mətanət Əsədova “Tarixin bir günü” verilişində qonaq olduğu zaman canlı yayına zəng edən tamaşaçının onun geyimi ilə bağlı iradlarına sərt şəkildə cavab verib.

Az24.az xəbər verir ki, ifaçı bu etirazlara reaksiyasında özünü “toxunulmaz” adlandıraraq tənqidlərə qarşı mövqeyini ortaya qoyub.

Sənətçi bildirib ki, bəzi hallarda səhnə geyimləri həddi aşa bilər, lakin bu, tamaşaçılara müğənnilərin şəxsi seçimlərinə müdaxilə etmək hüququ vermir:

“Bir az həddi aşmış səhnə geyimləri olur, bəli. İcazə vermirəm tamaşaçı zəng edib müğənninin geyiminə fikir bildirsin. Mənə söz demək olmaz, mən toxunulmazam. İlk olaraq özümə qiymət verirəm, sənət mənim üçün 100-cü dərəcədədir. Mən Mətanət Əsədovayam, mən şəxsiyyətəm. Mənə heç kimin söz deməyə ixtiyarı yoxdur. Qayda-qanun, hökumət var”.

Əsədova sözlərinin açıq-saçıq geyimlərlə səhnəyə çıxan bəzi ifaçılara qarşı deyil, özünə aid olduğunu da xüsusi vurğulayıb:

“Dediklərim efirə lüt çıxanlara aid deyil. Onlar özləri bilər, yəqin evdə nəyisə qoyub gəliblər. Müğənninin geyiminə qarışmaq olmaz, səsimizə qulaq asın”.

Müğənninin bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və istifadəçilər arasında müxtəlif reaksiyalar doğurub.

Dəniz

Reklam