Əməkdar artist gənc müğənniləri TOPA TUTDU: Acından ölənin birisən!

Əməkdar artist gənc müğənniləri TOPA TUTDU: Acından ölənin birisən!

Şou 02.12.2025 10:33 12

Əməkdar artist Gövhər Rzayeva gənc ifaçıların davranışını sərt tənqid edib.

Az24.az xəbər verir ki, sənətçi “Günə uğurla” verilişində çıxışı zamanı son vaxtlar efirdə yaşananləri mədəniyyət adına utancverici adlandırıb.

Rzayeva gənc nəslin böyüyə-kiçiyə hörmət qoymadığını vurğulayaraq deyib:

“Gənc ifaçılar incəsənəti lap qara günə qoyublar. Böyük-kiçik bilmirlər. Ağzılarına gələni danışırlar. Nə sözün varsa, keç kənarda danış. Özünü bir az ələ al. Sonra öz eybini onsuz da anlayacaq”.

Sənətçi yaxın günlərdə efirdə baş verən qalmaqala görə utandığını da bildirib:

“Srağagün bir verilişə baxdım, xəcalət çəkdim. O yerə çatdırmayın. Bizə xalq baxır, onlardan çörək yeyirik. Allaha and olsun, səni bir ay toya aparmasalar, acından ölənin birisən! Niyə fironluq edirsən axı?”

Qeyd edək ki, bir neçə gün əvvəl “Tarixin bir günü” verilişində xoşagəlməz insident yaşanmış, efirdə gərgin anlar qeydə alınmışdı.

Reklam