“Uzak Şehir”in ulduzuna ölüm TƏHDİDİ
“Uzak Şehir” serialındakı Zerrin Albora obrazı ilə daha da məşhurlaşan aktrisa Dilin Döğer sosial media hesabı vasitəsilə aldığı ölüm təhdidindən sonra ötən il məhkəməyə üz tutmuşdu.
Az24.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu aktrisanın şikayətindən sonra məsələ ilə bağlı istintaqa başlayıb.
Qeyd edək ki, Döğer sosial media hesabı üzərindən ona təhqir xarakterli paylaşım edən istifadəçini izləməyə alıb.
Həmin istifadəçinin ona ingiliscə ölüm təhdidi göndərməsindən sonra aktrisa dərhal ədliyyəyə gedib. O, real adını və fotosunu gizlədən şəxs barəsində şikayət verib.
Şikayət ərizəsində aktrisa sosial media vasitəsilə təhqir edildiyini və ölüm təhdidi aldığını bildirib.
Mesajı gördükdən sonra böyük qorxu yaşadığını deyən aktrisa, özünü gizlədən şəxsin tapılıb cəzalandırılmasını tələb edib.
Dəniz
Reklam
Oxşar xəbərlər
Aparıcı efirdə kişilərdən bahalı hədiyyələr istədi – VİDEO
Tolik efirə zəng edib Sevinci RÜSVAY ETDİ: Desə lüt gəz, gəzəcəksən?
70 yaşlı Əməkdar artist oğlu ilə görüntüləndi – İLK DƏFƏ
Safurə Əliyeva Cabir İmanovun xanımı ilə FOTOLARINI paylaşdı
Röyanın oğlu 3 nüfuzlu ali məktəbə birdən qəbul olundu