Ərdoğan Qara dənizdə gəmilərə edilən dron hücumları ilə bağlı XƏBƏRDARLIQ ETDİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə Misirdən Rusiyaya doğru hərəkət edən “KAIROS” və “VIRAT” adlı gəmilərə dron hücumları ilə bağlı xəbərdarlıq edib.
AZ24.az xəbər verir ki, Ərdoğan Rusiya–Ukrayna müharibəsinin bölgə üçün ciddi təhdidə çevrildiyini bildirərək, hər iki gəmiyə qarşı hücumla bağlı prosesləri yaxından izlədiklərini vurğulayıb:
“Rusiya–Ukrayna müharibəsi artıq Qara dənizdəki təhlükəsizliyi təhdid edən bir vəziyyətə gəlib çıxıb. Cümə günü Xüsusi İqtisadi Bölgəmizdə ticarət gəmilərinin hədəf alınması, narahatedici gərginliyin pik həddə çatmasının göstəricisidir. Xüsusilə də öz Xüsusi İqtisadi Bölgəmizdə naviqasiya, insan həyatı və ətraf mühit təhlükəsizliyini təhdid edən bu hücumları heç bir şəkildə məqbul qəbul edə bilmərik. Bütün tərəflərə zəruri xəbərdarlıqları edirik. Müharibənin bitməsi istiqamətində son həftələrdə baş verən prosesləri diqqətlə izləyir, lazım olan töhfəni verməyə hazır olduğumuzu hər fürsətdə vurğulayırıq”, – deyə Ərdoğan bildirib. (APA)
Reklam
Oxşar xəbərlər
Azərbaycanlı müğənni Trampdan kömək istədi – Məhv edin!
İran ABŞ-la danışıqlara razılıq verdi – Tramdan AÇIQLAMA
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”