Bu şəxslərin maaşı artırıldı – RƏSMİ

Bu şəxslərin maaşı artırıldı – RƏSMİ

Cəmiyyət 01.12.2025 20:39 155

Dekabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilmişdir. Elmi Şuranın iclasında rektor, dosent Rüfət Əzizovun təqdimatı əsasında ADNSU-nun professor-müəllim heyətinin əmək haqlarının artırılması barədə qərar qəbul edilib.

AZ24.az xəbər verir ki, Elmi şuranın qərarına əsasən dekan, kafedra müdirləri, dosent, baş müəllim və müəllimlərin əmək haqqı 15–20 %, tyutorların 33% və laborantların 20% artırılıb.

Artımdan sonra professor-müəllim heyətinin əmək haqqı aşağıdakı kimi olmuşdur:

– Professor 2150 AZN

– Dosent 1700 AZN

– Baş müəllim 1500 AZN

– Müəllim 1350 AZN

Qeyd etmək lazımdır ki, ADNSU-da professor-müəllim heyəti üçün əlavə olaraq elmi nəticələrə əsaslanan differensial əmək haqqı sistemi də mövcuddur. 2025-ci ildə 270 nəfər bu imkandan istifadə etmişdir.

Əməkdaşlar yanvar ayının 1-dən əmək haqlarını artımla alacaqlar. (modern.az)

Reklam