Dənizkənarı bulvarda buz meydançası yaradıldı
Dənizkənarı Bulvar İdarəsi builki Yeni il yarmarkasına xüsusi hazırlıq görüb.
Az24.az xəbər verir ki, bu barədə Bulvar İdarəsi məlumat yayıb.
Bildirilib ki, builki yarmarka yeni və fərqli tərtibatda hazırlanıb.
Burada quraşdırılan oturacaqlar, dekorativ elementlər və işıqlandırma bulvarda sanki kiçik şəhərcik görüntüsü yaradır.
Dənizkənarı Bulvar İdarəsinin təşkil etdiyi yarmarkanın ən diqqətçəkən yeniliklərindən biri şəhərin ilk açıq havada buz meydançasıdır.
ÜNNA Studio tərəfindən qurulan və Nargis Fondu tərəfindən təşkil olunan bu meydança “Dinamo” ərazisində yerləşir və 1 dekabrdan 5 yanvara qədər fəaliyyət göstərəcək. Məkan açıq səma altında konki sürmək istəyənlər üçün yeni və maraqlı bir imkan yaradıb.
Meydança beynəlxalq təhlükəsizlik və keyfiyyət standartlarına uyğun şəkildə hazırlanıb. Bu isə hər yaşdan və bacarıq səviyyəsindən olan ziyarətçilər üçün rahat və təhlükəsiz istirahət imkanı təmin edir. Təxminən 750 kvadratmetr genişliyində olan buz örtüyü sərbəst və rahat konki sürməyə şərait yaradır. İşıqlandırma və qışa xas detallarla tamamlanan meydança bulvara fərqli bir mövsümi rəng qatır.
Reklam
Oxşar xəbərlər
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq