Bu ölkələr arasında vizasız dövr başladı
Rusiya və Çin arasında vizasız gediş-gəliş dövrü rəsmən başlayıb.
Az24.az xəbər verir ki, Prezident Vladimir Putinin imzaladığı və ölkənin hüquqi informasiya sistemində dərc edilən fərmana əsasən, Çin vətəndaşları Rusiyaya 30 günədək vizasız səfər edə biləcəklər. Bu qərar 14 sentyabr 2026-cı ilədək qüvvədə qalacaq.
Qeyd edək ki, Çin bu ilin əvvəlində artıq Rusiya vətəndaşları üçün vizanı ləğv etmişdi. Çinin atdığı bu addımdan sonra Rusiya turizm şirkətləri bu ölkəyə aviabilet sorğularında 30 faizdən çox artım qeydə alındığını bildirmişdilər.
Çin sentyabr ayında tətbiq etdiyi yeni qayda ilə Rusiya vətəndaşlarına vizasız səyahət imkanı vermişdi. 15 sentyabrdan etibarən çox sayda rus turist qruplarının Çinə səfər etdiyi məlum olmuşdu.
Rusiya tərəfinin son qərarı ilə iki ölkə arasında qarşılıqlı vizasız səfər dövrü rəsmən başlamış oldu.
Dəniz
Reklam
Oxşar xəbərlər
Azərbaycanlı müğənni Trampdan kömək istədi – Məhv edin!
İran ABŞ-la danışıqlara razılıq verdi – Tramdan AÇIQLAMA
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”