Manatın 2026-cı ildə məzənnəsi necə dəyişəcək? – PROQNOZ
Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlı monetar siyasəti, geniş valyuta ehtiyatları və idarə olunan üzən məzənnə rejimi manatın sabitliyini qorumaqda davam edəcək.
Az24.az xəbər verir ki, bu barədə “Fitch Group”a daxil olan “Fitch Solutions” (FS) şirkətinin Azərbaycanla bağlı hesabatında bildirilib.
Hesabatda manatın ABŞ dollarına qarşı məzənnəsinin 2026-cı ildə 1,7 səviyyəsində qalacağı və yaxın dövrdə ciddi dəyişiklik gözlənilmədiyi vurğulanır. Qurum hesab edir ki, böyük xarici şoklar baş vermədiyi halda məzənnənin kəskin hərəkəti üçün əsas yoxdur.
Proqnoza əsasən, AMB inflyasiya təzyiqlərinin yüksək olsa da, ümumilikdə azalma trendində olması AMB-yə ehtiyatlı yumşalma imkanı yaradır. Bu da məzənnə sabitliyini dəstəkləyən əsas amillərdən biri olacaq.(APA)
Reklam
Oxşar xəbərlər
Dollar bahalaşacaqmı? – İqtisadçıdan 2026-cı il üçün PROQNOZ
Zara İbrahimzadəyə yüksək VƏZİFƏ VERİLDİ – FOTO
Azərbaycandan Ermənistana 48 vaqon neft məhsulları göndərildi
Bu tikinti şirkəti ləğv olunur
Vergi Xidmətində onlara yüksək vəzifə verildi
Bakının bu ərazilərində torpaq sahələri bahalaşdı – SİYAHI
Sabah Azərbaycan Ermənistana neft göndərəcək