Bakıda qorxu evində qorxulu anlar: 15 yaşlı qızı divara çırpdılar
Bakıda 15 yaşlı yeniyetmə Nigar Mustafayeva “Phobia Games” adlı əyləncə mərkəzinin qorxu evində xəsarət alıb.
Az24.az milli.az-a istinadla xəbər verir ki, girişdə azyaşlılardan şəxsiyyət vəsiqəsi tələb edilməyib və yaşları yoxlanılmayıb.
Valideynin iddiasına görə, yeniyetmə heç bir nəzarət olmadan sənəd imzalamağa məcbur edilib və 26 manat ödənişdən sonra oyun otaqlarına daxil olublar.
Beşinci məntiq otağında onun rəfiqəsinin mədəsindən yeni əməliyyat olunduğu halda işçilər tərəfindən zorakı şəkildə divara çırpıldığı bildirilir. Uşaqlar narazılıqlarını bildirsələr də, oyunun dayandırılmadığı və onların məcburən digər otağa keçdikləri iddia olunur.
Şikayətdə qeyd edilir ki, hadisə baş verən otaqda divarda quraşdırılmış qutunun qapağı açıq qalıb və işçilər tərəfindən bağlanmayıb. Valideynin sözlərinə görə, videolarda da bu hal açıq şəkildə görünür. İddiaya görə, işçi əvvəlcə digər uşağı, ardınca isə azyaşlını itələyib və həmin vaxt 15 yaşlı yeniyetmə açıq qalmış qutunun iti qapağına dəyərək yıxılıb.
Mərkəzdə tibbi ləvazimat olmadığından Hidrogen peroksid və yapışqanlı sarğı sonradan çöldən gətirilib. Təcili tibbi yardım isə mərkəz tərəfindən çağırılmayıb.
Valideynin sözlərinə görə, 103-ə yalnız azyaşlılar özləri zəng ediblər. Təcili yardım gələnədək zərərçəkmiş qan içində obyektin qarşısında, mərkəzin heç bir əməkdaşı olmadan gözləyib. 103 xidməti qıza ilkin tibbi yardım göstərdikdən sonra onu xəstəxanaya aparıb və alnına 11 tikiş atılıb.
Şikayətçi bildirir ki, hadisədən sonra belə “Phobia Games” rəhbərliyi nə onlarla əlaqə saxlayıb, nə də azyaşlının vəziyyəti ilə maraqlanıb. Daha sonra polis əməkdaşı ilə birlikdə mərkəzə qayıtdıqda, hadisənin baş verdiyi qutunun yerinin dəyişdirildiyi müşahidə olunub.
Reklam
Oxşar xəbərlər
Ağdərədə 38 yaşlı kişi minaya düşdü – Ayağı amputasiya olundu
Bakıda şadlıq evi yandı, toy yarımçıq qaldı – VİDEO
Sabiq deputat vəfat etdi – FOTO
Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? – RƏSMİ
Masazırda binada yanğın: İnsanlar təxliyə edildi – VİDEO
Tanınmış alim vəfat etdi – FOTO
Tərdərdə 53 yaşlı kişi faciəli şəkildə öldü, anası…
Gəncədə yeniyetmə məktəbin qarşısında bıçaqlandı