Həbsdə olan icra başçısının vəziyyəti pisləşdi, xəstəxanaya köçürüldü
A24.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya onun yaxınları deyib.
Məlumata görə, Pentensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Mahir Quliyevin durumu kəskin pisləşdiyindən onu Bakı Sağlamlıq Mərkəzinə köçürüblər.
Hazırda durumun ağır olduğu deyilən icra başçısıın qarın nayihəsində kəskin şişin yarandığı və huşsuz vəziyyətə düşdüyü deyilir.
Onu da xatırladaq ki, Mahir Quliyev həbsdə olarkən ürək əməliyyatı da keçirib.
Xatırladaq ki, Biləsuvarın sabiq icra başçısı 2020-ci il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.
İstintaq orqanı tərəfindən Mahir Quliyevə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
O, 11 azadlıqdan məhrum etmə cəzasına məhrum olunmuşdu. Sonradan yuxarı instansiya məhkəməsi onun cəzasını qismən azaldıb.

Reklam
Oxşar xəbərlər
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…
56 ilin ən şiddətli qarı yağdı
Sabahdan bu rayona qatarla gedə biləcəyik
Azərbaycanda bu avtomobillər 3 min manat bahalaşdı – VİDEO
Azərbaycanlı müğənni azadlığa buraxıldı – FOTO