Qənimət Zahidovun cinayət işi məhkəməyə göndərildi
Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Qənimət Zahidovun cinayət işi məhkəməyə göndərilib.
Az24.az xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil.
Qeyd edək ki, Zahidov Qənimət Səlim oğlu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintadan gizləndiyi üçün barəsində axtarış elan edilib. Bakı şəhər Səbail rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkən tədbiri seçilib.
İstintadan gizlənən təqsirləndirilən şəxsə ittiham elan edilməsi üçün 4 avqust 2018-ci il tarixdə Fransa Respublikasının səlahiyyətli orqanlarına müraciət olunub, lakin tutulması və ekstradisiyası mümkün olmayıb.
18 sentyabr 2025-ci il tarixdə İctimai Televiziya və Radio vasitəsi ilə Qənimət Zahidov 20 oktabr 2025-ci il tarixdə istintaqa dəvət olunub, lakin istintaqa gəlməyib.
Cinayət Prosessual Məcəlləsinin 467-13.6 və 467-13.7-ci maddələrinə əsasən təqsirləndirilən Qənimət Zahidov barəsində Binəqədi Rayon Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli qərarı ilə qıyabi icraat açılıb və müdafiəçi ilə təmin edilib.
İş üzrə toplanmış sübutların məcmusuna əsasən 18 sentyabr 2025-ci il tarixdə Q. Zahidova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi üzrə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilib, lakin Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan etmək mümkün olmayıb.
İttihama görə, Qənimət Zahidov 4 iyul və 15 iyul 2018-ci il tarixlərində “Youtube” platformasında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqini təşviq edən açıq çağırışlar yayıb.
Cinayət işi üzrə ibtidai istintaq noyabrın 17-də tamamlanıb. (milli.az)
Reklam
Oxşar xəbərlər
Bu bölgələrə hazırda güclü QAR YAĞIR
Azərbaycanda güclü zəlzələ anonsu – Bu ərazilərdə gözlənilir…
Sabah Qaradağ rayonunun bu ərazilərində qaz olmayacaq
Ünvanlı sosial yardıma ayrılan vəsait 4 dəfə artırıldı
Naxçıvanın bu ərazilərində işıq olmayacaq
Bu ərazilərə qar yağır – FAKTİKİ HAVA
Qazaxda 1200-dən çox abonentin qazı dayandırılacaq
Adnan Əhmədzadə ilə bağlı QƏRAR VERİLDİ