Honkonq yanğınının şok səhlənkarlıq detalları – Sakinlərin şikayətləri araşdırılmayıb

Honkonq yanğınının şok səhlənkarlıq detalları – Sakinlərin şikayətləri araşdırılmayıb

Dünya 01.12.2025 09:33 28

Hong Kongda 4 min nəfərin yaşadığı böyük yaşayış kompleksində baş verən yanğında ən az 146 nəfər həyatını itirib, təxminən 200 nəfər isə hələ də itkin düşmüş sayılır.

Az24.az xəbər verir ki, hadisə ilə bağlı araşdırmalar genişləndikcə faciənin “göz görə-görə gəldiyi” üzə çıxıb.

Məlum olub ki, sakinlər uzun müddətdir binadakı yanğın siqnalizasiya sisteminin və söndürmə qurğularının işləmədiyi barədə dəfələrlə şikayət ediblər, lakin problem aradan qaldırılmayıb.

Yanğının dəqiq səbəbi hələ müəyyən edilməsə də, ən böyük şübhə binanın xarici divarında aparılan təmir işləri zamanı  fəhlələrin işləməsi üçün qurulan bambuk konstruksiyadır. İşçilərin orada işləyərkən siqaret çəkdiyini göstərən videolar yanğının ehtimal olunan səbəbi kimi diqqət çəkir.

Fasadı örtən yaşıl qoruyucu tor da alovun sürətlə yayılmasına şərait yaradıb.

Araşdırma zamanı daha bir neçə kobud qayda pozuntusu aşkarlanıb:

-Yanğın siqnalizasiya sistemi işləmirdi.

-Binadakı avtomatik söndürmə sistemi sıradan çıxmışdı.

-Damlarda qurulan günəş panellərinin sayı yanğın təhlükəsizliyi normasını aşırdı.

-2025-ci ilin iyulunda sakinlər söndürmə xortumlarının yenilənməsi üçün rəhbərliyə müraciət etmiş, lakin cavab almamışdılar.

-Pəncərələrin təmirində istifadə olunan köpük materiallar alobun daha da böyüməsinə səbəb olub.

Yanğından sonra 32 mərtəbəli səkkiz binanın təmir işlərinə cavabdeh şirkətin üç əməkdaşı saxlanılıb.

Bu fəlakət Honkonqun son illərdə yaşadığı ən böyük və ən faciəli yanğın hadisəsi kimi qiymətləndirilir.

Dəniz

Reklam