Ukraynada sülhə nail olmaq şansımız çox yüksəkdir – Tramp

Ukraynada sülhə nail olmaq şansımız çox yüksəkdir – Tramp

Dünya 01.12.2025 09:09 22

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması üçün aparılan sülh danışıqlarının müsbət davam etdiyini bildirib.

Az24.az xəbər verir ki, Florida ştatında ABŞ və Ukrayna nümayəndə heyətləri arasında keçirilən görüşü dəyərləndirən Tramp, tərəflərin razılığa gəlmək ehtimalının yüksək olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Ukraynanın bəzi çətinlikləri olsa da, həm ABŞ, həm də Rusiya müharibənin sona çatmasında maraqlıdır.

Tramp son bir ayda döyüşlərdə 27 min nəfərin həlak olduğunu xatırladaraq, bu itkini dayandırmaq üçün səylərin davam etdiyini qeyd edib.

ABŞ və Ukrayna nümayəndələri bundan əvvəl Cenevrədə də Trampın təqdim etdiyi 28 maddəlik sülh planını müzakirə ediblər. ABŞ-ın Orta Şərq üzrə xüsusi nümayəndəsinin yaxın günlərdə Moskvaya gedəcəyi də bildirilib.

Dəniz

Reklam