ABŞ-da “sülh planı” danışıqları BAŞLADI
Ukrayna ilə ABŞ arasında “sülh planı” üzrə danışıqlar rəsmi şəkildə başlayıb.
AZ24.az xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov sosial media hesabında paylaşım edib.
Umerov bildirib ki, görüşlərin əsas məqsədi Ukrayna–Rusiya müharibəsinə ədalətli sülh yolu tapmaqdır. Onun sözlərinə görə, proses ABŞ tərəfindən təqdim olunan barış təklifləri əsasında aparılır və Zelenski ilə daimi əlaqə saxlanılır.
Qeyd olunub ki, “sülh planı” ilə bağlı ilkin müzakirələr bundan əvvəl İsveçrənin Cenevrə şəhərində keçirilmişdi. ABŞ-də başlayan yeni mərhələ həmin görüşlərdə əldə olunan nəticələrin davamıdır.
Umerov vurğulayıb ki, Ukraynanın əsas prioriteti real sülh və təmin edilmiş təhlükəsizlikdir, bütün danışıqlarda ölkənin milli maraqları qorunacaq.
Reklam
Oxşar xəbərlər
Azərbaycanlı müğənni Trampdan kömək istədi – Məhv edin!
İran ABŞ-la danışıqlara razılıq verdi – Tramdan AÇIQLAMA
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”