Dünyada 40 milyon kişi bu virusu daşıyır – BMT

Dünyada 40 milyon kişi bu virusu daşıyır – BMT

Dünya 30.11.2025 18:22 23

1 Dekabr – Dünya AIDS Günü münasibətilə BMT bu ilki mövzunu “Çatışmazlıqları aradan qaldırmaq, AIDS ilə mübarizəni dəyişdirmək” kimi müəyyən edib.

UNAIDS-in açıqlamasına görə, 2025-ci ildə qlobal maliyyə dəstəyinin azalması xüsusilə aşağı və orta gəlirli ölkələrdə HIV-in qarşısının alınması və müalicə xidmətlərində ciddi boşluqlar yaradıb.

Az24.az xəbər verir ki, hesabatda qeyd olunur ki, AIDS epidemiyası 2030-cu ilə qədər bitməsə, 2025–2030-cu illərdə əlavə 3,3 milyon yeni HIV-ə yoluxa bilər.

2024-cü il məlumatlarına əsasən, dünyada 40,8 milyon insan HIV ilə yaşayır, onların yalnız 31,6 milyonu müalicəyə çıxış əldə edir. Ötən il qeyd olunan yeni yoluxmaların sayı 1,3 milyon, AIDS-ə bağlı ölüm halları isə təxminən 630 min olub.

Dəniz

Reklam