Gültəkin Hacıbəyli öz yalanını özü İFŞA ETDİ – FOTOFAKT
“Gültəkin Hacıbəyli 30 oktyabrda mediada yazılanda ki, ölkədən qaçıb, öz feysbuk səhifəsində status yazdı ki, yox e hara qaçıram. İndi Türkiyədə tutulub, status yazıb ki, 25 sentyabrdan Türkiyədəyəm. Başlayaq birlikdə saymağa ayları – avqust, sentyabr, oktyabr. Belə çıxır ki, 30 oktyabrda statusu Türkiyədən yazırmış. Ya da təqvim dəyişib, sentyabr oktyabrdan sonra gəlir”.
Az24.az “Müsavat”a istinadla xəbər verir ki, bu sözləri “Barometr TV”nin təsisçisi və baş redaktoru Toğrul Kamalov bildirib.
O, eks-deputat Gültəkin Hacıbəylinin öz-özünü sosial şəbəkədə necə ifşa etməsini yazdığı statuslarla üzə çıxarıb və sözügedən statusların screenşotlarını da təqdim edib.
Musavat.com xatırladır ki, G.Hacıbəyli bundan 1 ay öncə TV Müsavatın baş redaktoru Sevinc Telmanqızı barədə yazılan bir başqa statusa şərh yazaraq qaralama kampaniyasına qoşulmuş, “deyirəm, ölkədən qaçmamışam. Amma bu cür jurnalistlər at kimi üzümə dirəniblər ki, qaçmısan” tipli cavablar yazıb, jurnalistləri yalan yazmaqda ittiham edir, özünü isə ölkədə olduğu halda şər-böhtana məruz qalmış kimi təqdim edirdi. “Yalançının yaddaşı olmur” məsəli məhz burda yada düşür.
Sözügedən statusları da nəzərinizə çatdırırıq.


Reklam
Oxşar xəbərlər
Rafael Məmmədova yüksək vəzifə verildi – FOTO
İsrailin xarici işlər naziri Azərbaycana gələcək
Tramp Azərbaycan kanalının videosunu paylaşdı – FOTO
Prezident bu qanunu imzaladı
Prezident Anar İsgəndərovla bağlı sərəncam imzaladı
Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verir
İşdən çıxarılan icra başçısını bu xanım əvəz edir – FOTO
İcra Hakimiyyətində bu şöbə ləğv edildi, sektor yaradıldı