Rusiyanın Ukrayna ilə bağlı daha bir ŞOK PLANI üzə çıxdı
“Rusiyanın ukraynalı uşaqları qaçırması Ukrayna kimliyini məhv etməyi hədəfləyən genişmiqyaslı demoqrafik strategiyanın bir hissəsidir”.
Az24.az xəbər verir ki, bu sözləri Başkənd Universitetinin professoru İsmayıl Aydıngün bildirib.
Aydıngün bu fikirlərini “Keçmiş və bu gün: Holodomor və Rusiyanın Ukraynaya qarşı müharibəsi” adlı dəyirmi masa müzakirəsində səsləndirib.
O, Rusiyanın 24 fevral 2022-ci ildə başlayan işğalından sonra həyata keçirdiyi uşaqların qaçırılması siyasətinin beynəlxalq hüquqa uyğun gəlmədiyini bildirib.
Aydıngün qeyd edib ki, aparılan araşdırmalar bu siyasəti strateji, imperial, demoqrafik və siyasi müstəvidə təhlil edir. Onun sözlərinə görə, uşaqların sistemli şəkildə Rusiyaya aparılması “Rusiyanın demoqrafik quruluşunu gücləndirməyi, tarixi imperiya düşüncəsini yenidən diriltməyi və gələcək ukraynalı nəsillərin kimliyini ruslaşdırma yolu ilə silməyi hədəfləyən çoxşaxəli və uzunmüddətli bir layihədir”.
Araşdırmaçı bu prosesin 1932–33-cü illərin Holodomor faciəsi ilə – Ukrayna kimliyini və milli şüurunu məhv etməyə yönəlmiş siyasətlə – paralellik daşıdığını vurğulayıb.
Tədbirdə çıxış edən Kapadokya Universitetinin dosenti Valeriy Morkva isə Holodomoru “qəsdən qəbul edilmiş dövlət qərarı” kimi qiymətləndirərək bildirib:
“Metodlar fərqli olsa da, məqsəd eyni idi: Ukrayna kimliyini məhv etmək və Ukraynanı zəiflətmək”. (musavat.com)
Reklam
Oxşar xəbərlər
Azərbaycanlı müğənni Trampdan kömək istədi – Məhv edin!
İran ABŞ-la danışıqlara razılıq verdi – Tramdan AÇIQLAMA
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”