Honkonqdakı dəhşətli yanğında ölənlərin sayı 146-ya çatdı
Çinin Honkonq xüsusi inzibati bölgəsindəki böyük yaşayış kompleksində baş verən dəhşətli yanğında həlak olanların sayı artıb.
Az24.az xəbər verir ki, “South China Morning Post” şəhər polisinin açıqlamasına istinadən xəbər verir ki, ölənlərin sayı 146 nəfərə yüksəlib.
Əvvəlki məlumatlarda 128 nəfərin həyatını itirdiyi bildirilirdi. Son iki gün ərzində axtarış-xilasetmə qrupları hadisə yerində əlavə 30 cəsəd aşkarlayıb. Rəsmi qurumlar, dağıntılar altında daha çox şəxsin qala biləcəyini nəzərə alaraq, ölənlərin sayının arta biləcəyini istisna etmir.
Hadisə nəticəsində ümumilikdə 79 nəfər yaralanıb, onların 12-si yanğınsöndürənlərdir.
Xatırladaq ki, yanğın noyabrın 26-da günün ikinci yarısında Tay Po rayonundakı 8 binadan və təxminən 2 min mənzildən ibarət böyük yaşayış kompleksində baş vermişdi. İlkin araşdırmaya görə, alov binanın fasadının yenilənməsi üçün quraşdırılan bambuk skafoldinqində başlayıb və güclü külək nəticəsində sürətlə digər hissələrə yayılıb.
Reklam
Oxşar xəbərlər
Azərbaycanlı müğənni Trampdan kömək istədi – Məhv edin!
İran ABŞ-la danışıqlara razılıq verdi – Tramdan AÇIQLAMA
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”