Bu ölkələrdə aclıq böhranı yaşanır
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Rusiya üzrə ofisinin direktoru Oleq Kobyakov dünya üzrə aclıq problemi ilə bağlı ciddi xəbərdarlıq edib.
Az24.az xəbər verir ki, Kobyakovun sözlərinə görə, aclıq təhlükəsi xüsusilə Qəzza zolağı, Sudan, Cənubi Sudan, Mali və Haiti ölkələrində kəskin olaraq hiss olunur. Qeyd edib ki, 2025-ci ildə dünya əhalisinin təxminən 9,1 faizi, yəni 735 milyon insan kifayət qədər qida əldə edə bilmir.
Mütəxəssis əlavə edib ki, bu insanların əksəriyyəti yalnız ən əsas fizioloji ehtiyaclarını qarşılamaq imkanına malik deyil və vəziyyət həyati təhlükə səviyyəsindədir.
Xüsusilə Qəzza zolağında vəziyyət ağırdır: burada təxminən 2 milyon insan hazırda aclıq təhlükəsi ilə üz-üzədir.
Kobyakov qeyd edib ki, bu qlobal problem dərhal həll olunmazsa, daha ciddi humanitar böhranlar baş verə bilər.
Reklam
Oxşar xəbərlər
Azərbaycanlı müğənni Trampdan kömək istədi – Məhv edin!
İran ABŞ-la danışıqlara razılıq verdi – Tramdan AÇIQLAMA
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”